Xəbər lenti

Bakıda bu bina söküləcək - FOTOLAR
Ölkə08:17 24.12.2013

Bakıda bu bina söküləcək - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sakinlərin haraya köçürüləcəyi hazırda məlum deyil.

Azərbaycanın paytaxtında sakinlərin yaşadıqları hündürmərtəbəli bina söküləcək. Oxu.Az öz etibarlı mənbələrinə istinadən xəbər verir ki, Xətai rayonunda, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsində yerləşən yaşayış binası söküləcək.

Hazırda binanın sökülməsinin dəqiq səbəbləri məlum olmasa da, Oxu.Az bu barədə qərarın bəzi təfərrüatlarını əldəe də bilib. Belə ki, böyük ehtimalla bina “Bakının Baş planı” ilə ziddiyyət kəsb etməsi səbəbindən, yəqin ki, biznes-mərkəzlərdən birinin ərazisinin genişləndirilməsi ilə əlaqədar söküləcək.

Hazırda sakinlərin hara köçürüləcəyi barədə məlumat yoxdur.

Qaynar.info