Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayoninun 7 və 8-ci mikrorayonlarına gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.