Xəbər lenti

Bakıda çağırışa gedən təcili yardım avtomobili qəza törətdi
Ölkə07:11 14.06.2023

Bakıda çağırışa gedən təcili yardım avtomobili qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.
"Report”un məlumatına görə, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü İsa Elçin oğlu Mikayılovu vurub.
Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.