Xəbər lenti

Bakıda çay evi yandı, yaralılar var - FOTOLAR
Ölkə18:30 28.04.2014

Bakıda çay evi yandı, yaralılar var - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xətai rayonu, Səməd bəy Mehmandarov 8 ünvanında yerləşən ikimərtəbəli çay evində güclü yanğın baş verib.

APA-nın xəbərinə görə, "555 " adlı çay evində baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai  Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində güclənən alovun qarşısı tez bir zamanda alınıb.

Yanğın zamanı çay evində olan müştərilərdən APA-ya verilən məlumata görə, yanğına qaz balonunun partlaması səbəb olub. Partlayış baş verən zaman çay evində olan müştərilər özlərini çölə atıblar. Onlardan ikisi xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Eyni zamanda, yanğınsöndürənlər rahat işləməsi üçün Səməd bəy Mehmandarov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Yanğın söndürüldükdən sonra dəyən ziyanın və yanğının əhatə dairəsinin hesablanmasına başlanılıb.

Qaynar.info