Xəbər lenti

Bakıda cəzaçəkmə müəssisəsində 28 yaşlı məhbus öldü
Ölkə10:20 19.05.2021

Bakıda cəzaçəkmə müəssisəsində 28 yaşlı məhbus öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda cəzaçəkmə müəssisəsində məhbus vəfat edib.
Qaynarinfo-nun Report-a istinadən xəbərinə görə, hadisə Xəzər rayon, Binə qəsəbəsi ərazisində yerləşən 17 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Belə ki, cəzaçəkmə müəssisəsində cəza çəkən, 1993-cü il təvəllüdlü Məmmədağa Əzimov qəfildən ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.