Xəbər lenti

Bakıda çimərlikdə avtomobil yandı (FOTO)
Ölkə14:45 16.08.2020

Bakıda çimərlikdə avtomobil yandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda hərəkətsiz halda olan avtomobil yanıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb.
Hadisə zamanı hərəkətsiz halda olan "Niva" markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.