Xəbər lenti

Bakıda 16 mərtəbəli binada yanğın olub (YENİLƏNİB)
Ölkə10:18 31.05.2018

Bakıda 16 mərtəbəli binada yanğın olub (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Report"un əldə etdiyi məlumata görə, yanğın baş verən 16 mərtəbəli bina "Qaraxan" MTK tərəfindən tikilib.
FHN-dən bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.
***14.02
Bakı şəhərinin Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. 
Fövqəladə Hallar Nazirliyindən (FHN) Qaynarinfo-ya verilən məlumata görə, hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.
Əlavə məlumat veriləcək.​