Xəbər lenti

Bakıda daha 3 villa söküldü - VİDEO
Ölkə13:38 06.06.2015

Bakıda daha 3 villa söküldü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dostluq parkında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən villaların sökülmə prosesi davam edir. Bu həftə parkda daha 3 villa sökülüb və bununla sökülən qanunsuz tikililərin sayı 45 çatıb. Villaların söküldüyü əraziyə çoxsaylı işçi və texniki qüvvə cəlb olunub.
Söküntü prosesinin şərh edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, söküntü işlərinin getməsinə baxmayaraq hələ də bir neçə villa var ki, orada tikinti işləri aparılır.
Qeyd edək ki, sökülən villaların yerində ərazini yaşıllaşdırmaq məqsədilə ağaclar əkilir və Bakı meri Hacıbala Abutalıbov özü də ağac əkənlər sırasındadır.
Qaynar.info