Xəbər lenti

Bakıda daha bir avtobus qəza törətdi: xəsarət alanlar var
Ölkə08:41 09.07.2013

Bakıda daha bir avtobus qəza törətdi: xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda sərnişin avtobusu daha bir qəza törədib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 8-də saat 21.00 radələrində Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində qeydə alınıb. Masallı rayon sakini Rahib Eyvazovun idarə etdiyi “Ford-Tranzit” markalı mikroavtobus yolun kənarındakı reklam dirəyinə çırpılıb. Nəticədə R.Eyvazov və sərnişinləri, Masallı rayon sakinləri - Sona Fərəcova, Simuzər Hüseynova, Ərşə Əhmədova, Cəlilabad rayon sakini Rövşən Abbasov və Yardımlı rayon sakini Seyvan İbayev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Qaynar.info