Xəbər lenti

Bakıda daha bir binada yanğın - Fotolar
Ölkə18:39 21.05.2015

Bakıda daha bir binada yanğın - Fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binəqədi rayonu 7-ci mikrorayon ərazisində çoxmərtəbəli binada yanğın başlayıb.

Tia.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın yeni tikilən çoxmərtəbəli binanın bir mənzilində baş verib. Bina üzlənməmiş olsa da, əhali arasında böyük panika yaranıb. Yalnız yanğın baş verən binanın deyil, qonşu binaların sakinləri də küçəyə axışıb.

Hadisə yerinə yanğınsöndürənlər gəlib, hələlik hər hansı tələfat barədə məlumat verilmir.

Qaynar.info