Xəbər lenti

Bakıda daha bir nəfər özünü yandırdı
Ölkə18:20 13.12.2016

Bakıda daha bir nəfər özünü yandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 58 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Qaynarinfo.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 41-in qarşısında qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Xudaverdi Musayev intihar etmək məqsədi ilə üzərinə benzin tökərək yandırıb. O, ağır yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. X.Musayevin vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır

Qaynarinfo.Az