Xəbər lenti

Bakıda daha bir qumarxana aşkarlandı - FOTO
Ölkə07:23 25.07.2015

Bakıda daha bir qumarxana aşkarlandı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının 3-cü mikrorayon ərazisində şıdırğı qumar oyunları keçirilir. Binəqədi rayonu ərazisində aşkar edilən belə obyektlərdən biri indi də 3-cü mikrorayonda fəaliyyət göstərir.
Axar.az xəbər verir ki, sözügedən ərazidəki “Narhauz” kafesində lotoxana iş başındadır. Bu qanunsuzluq hər axşam saatlarında açıq şəkildə davam etdirilir. Həmin kafe “Xəzər” ticarət evinin yanında yerləşir.
Hətta bu məntəqəni işlədən sahibkar qabaqcadan təbliğata başlayıb və şəhərin müxtəlif ərazilərində loto oyununa dəvət üçün çağırış elanları paylayıb. Nyus.az saytı həmin elan vərəqələrindən birinin fotosunu yayıb.
Xatırladaq ki, paytaxtın Binəqədi rayonunda yerləşən “VİP CLUB”da da şıdırğı qumar oyunları davam edir. Gizli kazino işini dayandırmayıb və loto oyunları təşkil edilməkdədir. Binəqədi rayonu, 1260-cı keçid, 69-a ünvanında yerləşən bu məntəqənin sahibinin RİAD Təhlükəsizlik xidmətinin əməkdaşı Vüsal Rzayev adlı şəxs olduğu bildirilir.
V.Rzayevin bir neçə il əvvəl Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkum olunduğu qeyd edilir.
Azərbaycan qanunvericiliyinə görə, qumar oyunları qadağandır. Hüquq-mühafizə orqanları mütəmadi olaraq qumarxanalarda reydlər keçirir və belə obyektləri aşkarlayırlar.
 
Qaynar.info