Paytaxtda daha bir avtoxuliqan həbs edilib.
Bakı Şəhər Baş Polis İdarəsindən "Trend"-ə bildirib ki, Pirallahl RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, aprelin 17-də saat 15:40 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyoldaş Kamil oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xəzər Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 30 gün inzibati həbs verilib.
Qaynar.info