Xəbər lenti

Bakıda daha bir yenilik - FOTO
Ölkə06:19 17.07.2014

Bakıda daha bir yenilik - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına müvafiq olaraq Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Anspress-ə verdiyi məlumata görə, layihə üzrə 4 giriş-çıxışdan ibarət olacaq 1 piyada keçidi olacaq. Ərazidə kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyyat keçidləri və 5711 m uzunluğunda bağlantı yollar nəzərdə tutulub.

Artıq yolun keçdiyi ərazi boyu torpaq işlərinin 70 faizi, asfalt-beton örtüyünün döşənməsi 20 faiz yerinə yetirilib. Hazırda piyada keçdinin, torpaq yatağının və kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyyat keçidlərinin tikintisi davam etdirilir.

Layihənin 2015-ci ilin əvvəllərində başa çatdırılması planlaşdırılır.

Yeni inşa olunacaq bağlantı yolların koməyilə Su Oyunlarının keçiriləcəyi əraziyə nəqliyyat vasitələrinin giriş-çıxışı, eyni zamanda yeraltı piyada keçidinin hesabına piyadaların təhlükəsiz və maneəsiz hərəkəti təmin olunacaq.

Qaynar.info