Paytaxtda daha bir yol təmirə bağlanıb.
Qaynar.info Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Yolun bağlanması Bağırov körpüsünün alt hissəsində tuneldə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
İşlərin 01.03.2015-ci il 18:00-a kimi yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.
Qaynar.info

