
Bakının Mirəli Qaşqay və Ənvər Qasımzadə küçələrinin kəsişməsində asfalt örtüyü çöküb.
Hadisə səhər saatlarında baş verib. Yolun çökdüyü ərazidə problemin aradan qalxması üçün "Azərsu"ASC-nin əməkdaşları cəlb olunub. Nəsimi rayon Su-kanal İdarəsinin baş mühəndisi Hüseyn Ağasıyev qəzanın ilkin səbəbini su borusunun partlamasında görüb.
Baş mühəndis faktxəbər-ə bildirib ki, problem gün ərzində aradan qaldırılacaq. Hazırda qəzanın baş verdiyi ərazidə tıxac müşahidə olunur.
Xatırladaq ki, ötən gün Bakının Nobel prospektində də asfalt örtüyü çökmüşdü.
Qaynar.info



