Xəbər lenti

Bakıda daha bir yolda dəlik yarandı - FOTO
Ölkə05:53 02.05.2014

Bakıda daha bir yolda dəlik yarandı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Bakının Nərimanov rayonu ərazisində yol dağılıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Ağa Nemətulla küçəsində yolun tən ortasında böyük dəlik yaranıb. Sakinlər bildirirlər ki, həmin yol artıq bir neçə gündür dağılıb. Lakin hələ də maraqlanan yoxdur.

Sakinlər həmçinin bildiriblər ki, dağılan ərazidə çirkab su da axırmış.

Məsələ ilə əlaqədar ANS PRESS “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə əlaqə saxlayıb. Pünhan Mürsəliyevin verdiyi məlumata görə, bu barədə onlara məlumat daxil olmayıb. Onun sözlərinə görə, hazırda mütəxəssislər hadisə yerinə gediblər.

Qaynar.info