Xəbər lenti

Bakıda dəhşət: Diri-diri yanan insan göydə asılı qaldı
Ölkə07:19 15.08.2014

Bakıda dəhşət: Diri-diri yanan insan göydə asılı qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarayevin meyiti ekspertizaya göndərilib.

Avqustun 14-də Bakı şəhərinin Qaradağ rayonunda dəhşətli hadisə baş verib. 

Oxu.Az xəbər verir ki, Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qobustan qəsəbəsi yaxınlığında, Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin dəniz üzərindəki estakadalarından keçən yüksək gərginlikli elektrik naqilini kəsmək istəyən şəxs ölüb.

Belə ki, naməlum şəxs estakadaya qalxaraq oğurluq məqsədi ilə yüksək gərginlikli elektrik naqillərini kəsmək istəyib. Bu zaman onu cərəyan vurub. Yüksək gərginlik nəticəsində bədəni tamamilə yanmış şəxs estakadadan asılı vəziyyətdə qalıb. 

Faktla bağlı məlumat daxil olan kimi araşdırmalara başlanılıb. Məlum olub ki, ölən şəxs 1988-ci il təvəllüdlü Qarayev Daşqın Elşad oğludur. Onun meyiti ekspertizaya göndərilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qaynar.info