Yasamal rayon prokuroru: “17 yaşlı Aytac Fərzəliyeva intihardan əvvəl məktub yazıb”
Bakıda baş verən dəhşətli intiharın bəzi təfərrüatları məlum olub.
Yasamal rayon prokuroru Həsrət Pirməmmədov APA-ya bildirib ki, 17 yaşlı Aytac Fərzəliyeva intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda: “Bağışlayın, özümü öldürürəm” sözlərini qeyd edib.
Rayon prokurorunun sözlərinə görə, hadisə baş verən zaman evdə intihar edən qızın atası, anası və dayısı olub. Əvvəlcə qız özünü binadan atıb. Sonradan isə anası binadan düşüb. Ananın hansı şəraitdə binadan düşməsi isə hələlik məlum deyil: “Hadisənin dəqiq səbəbləri araşdırmalar başa çatandan sonra məlum olacaq”.
Yasamal rayon Polis İdarəsindən APA-ya bildirib ki, həmin ailənin 14 yaşlı qızı Aytən Fərzəliyeva bir neçə gün əvvəl itkin düşüb.
***
10:39
Yasamalda ana və qızı 9-cu mərtəbədən yıxılaraq ölüb
Bu gün Bakının Yasamal rayonunda dəhşətli faciə baş verib. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə 2-ci Yasamal, ev 10-un qarşısında baş verib.
Həmin ünvandakı 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan ana və qızı 9-cu mərtəbədən düşərək ölüb. Yıxılanların kimliyi məlum olub.
Belə ki, 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva 9-cu mərtəbədən yıxılaraq ölüblər.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları çalışır. İlkin ehtimala görə, hadisə intihardır.
Qaynar.info














