
Bakı yeni günə ağır avtobus qəzası ilə başlayıb.
Milli.Az-ın məlumatına görə, Bayıl ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.
İçərisi sərnişinlə dolu olan irititumlu avtobus yoldan çıxaraq ağaca çırpılıb. Ölən və yaralananların olduğu deyilir. Hadisə şahidlərinin verdikləri məlumata görə, qəzaya uğrayan120 saylı avtobus olub. O, Bayıl istiqamətində hərəkətdə imiş.





