Xəbər lenti

Bakıda dəhşətli hadisə: Klinika sahibinin oğlu mühafizəçini döyə-döyə öldürdü
Ölkə10:30 02.01.2020

Bakıda dəhşətli hadisə: Klinika sahibinin oğlu mühafizəçini döyə-döyə öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda klinika gözətçisinin döyülərək öldürülməsinin bəzi təfərrüatı məlum olub.
Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, döyülərək öldürülən 58 yaşlı Muraz Nəbiyev "Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyib.
Onu klinikanın sahibinin oğlu 31 yaşlı Həsən Rəhimli döyüb.
M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin "infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.
Dərhal Nərimanov rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb, müvafiq zəruri tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
H.Rəhimli tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.