Xəbər lenti

Bakıda dəhşətli QƏTL
Ölkə10:43 16.09.2014

Bakıda dəhşətli QƏTL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

QƏTLİki dost qətlə yetirilib, onların meyiti evdə aşkarlanıb

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Əmircan qəsəbəsi Zahid Əliyev küçəsi, 53 saylı evdə qətlə yetirilmiş iki nəfərin iylənmiş meyitinin aşkar edilməsi barədə polisə məlumat daxil olub. 

Daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib və qətlə yetirilən şəxslərin ev sahibi 44 yaşlı Bəkir Musayev və onun dostu, 54 yaşlı Sabir Abbasov olmaları müəyyənləşib.

Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs küt alətlə öldürülüb. Onların kimin tərəfindən və hansı məqsədlə qətlə yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. 

Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.

Qaynar.info