Xəbər lenti

Bakıda dəhşətli qəza - 2 sərnişin yanaraq öldü (FOTO)
Ölkə05:48 13.05.2023

Bakıda dəhşətli qəza - 2 sərnişin yanaraq öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, Binə qəsəbəsində "Chevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub.
Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb.
Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir.
Hadisənin təfərrüatı araşdırılır.