Xəbər lenti

Bakıda dəhşətli qəza: 3 ölü, 5 yaralı
Ölkə07:51 12.08.2016

Bakıda dəhşətli qəza: 3 ölü, 5 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 3 nəfərin ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo.Az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 11-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Elçin Əfəndiyevin idarə etdiyi “Mercedes”, Mirhəşim Abbasovun idarə etdiyi “Opel” və Süleyman Novruzlunun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Əfəndiyevin 1 sərnişini, M.Abbasov və 3 sərnişini, habelə S.Novruzlu və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan S.Novruzlu, M.Abbasov və Ramidə Hüseynova orada ölüblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Qaynarinfo.Az