Xəbər lenti

Bakıda dəhşətli qəza: 4 nəfər öldü
Ölkə07:24 03.12.2018

Bakıda dəhşətli qəza: 4 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb. Namiq Zülfüqarovun idarə etdiyi "Chevrolet” markalı, 90 RR 974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi "Kamaz" markalı, 27 BM 301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüblər. Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Pirallahı rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!