Xəbər lenti

Bakıda dəhşətli qəza: 8 yaşlı qızı maşın vurdu
Ölkə06:20 28.05.2013

Bakıda dəhşətli qəza: 8 yaşlı qızı maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda 8 yaşlı məktəblini maşın vurub. Füzuli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə “Qayıdış-2” qəsəbəsində qeydə alınıb. 

Orada yaşayan,  Valəddin Kazımov idarə etdiyi “VAZ-2107” markalı maşınla yolu keçən 2005-ci il təvəllüdlü Əliyevanı vurub. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən N. Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

 Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.