
Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində - Heydər Əliyev prospektində (Komsomol dairəsi adlanan yerdə) "QAZ 31 10" markalı minik avtomobilinin "Ford"a çırpılması nəticəsində ölən və yaralananların olduğu məlum olub.
"Qaynarinfo" lent.az-a istinadən xəbər verir ki, baş vermiş qəzadan sonra alovlanan "QAZ 31 10"dakı şəxslərdən biri hadisə yerində vəfat edib. 15 yaşlı Kərimov Muxtar Mətləb oğlu ilə 33 yaşlı Şükürov Saleh Əmiraslan oğlu isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, ərazidə tıxac yarandığından təcili tibbi yardım briqadaları hadisə yerinə çətinliklə və vaxt itirməklə yetişə bilib.
Qəzadan sonra Heydər Əliyev prospektində tıxac yaranıb.
***
Bir müddət əvvəl Hava Limanı yolunda yol nəqliyyat hadisəsi baş verib.
"Mercedes Sprtinter" markalı avtomobil "QAZ-3110" markalı avtomobillə toqquşub. Qəzaya düşən "QAZ 3110" yanaraq yararsız hala düşüb. Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən avtomobil yolunda (keçmiş Komsomol dairəsi deyilən ərazidə) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda qeyd edilən istiqamətdə nəqliyyat vasitəsi yanır. Ərazidə tıxac yaranıb.
"Qaynarinfo" avtosfer.az-a istinadən sözügedən görüntüləri təqdim edir:
Qaynarinfo.Az