Bu gün Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
Baku.ws-in məlumatına görə, hadisə Qala yolunda qeydə alınıb. Əldə etdiyimiz məlumata görə, qatar çörək daşıyan "Qazel"i vurub.
Dəmiryolu xəttinin qarşısında şlaqbaun olmadığı üçün faciənin qarşısını almaq mümkün olmayıb. Qəza nəticəsində "Qazel" sürücüsü və sərnişin hadisə yerindəcə dünyasını dəyişib.