Xəbər lenti

Bakıda dəhşətli qəza: yaralılar var - VİDEO
Ölkə09:59 25.05.2013

Bakıda dəhşətli qəza: yaralılar var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda ağır qəza baş verib. 

Qaynar.info-nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə Zabratda iki sərnişin avtobusu toqquşub.  Belə ki, 166 saylı xətt marşrutu ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu 99 EX 196 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil, 90 HS 992 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil və 198 saylı xətt marşrutu ilə hərəkət edən ”DAEWOO” markalı avtobusa çırpılıb.

 Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

 Xəsarət alan şəxslərin adları açıqlanıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.

 1949-cu il təvəllüdlü Çərkəz Şükür oğlu Əliyev, 1972-ci il təvəllüdlü Kəmalə Balaqardaşı qızı Əliyeva, 1966-cı il təvəllüdlü Elmira Davud qızı Manafova, 1959-cu il təvəllüdlü Fəridə Mehbala qızı Hacıyeva, 1981-ci il təvəllüdlü Şaiq Mehman oğlu Quliyev xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

 Xəsarətləri yüngül olan bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.

Qaynar.info