Xəbər lenti

Bakıda dəhşətli qəzanın görüntüləri - VİDEO
Ölkə11:52 07.06.2015

Bakıda dəhşətli qəzanın görüntüləri - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Sabunçu-Zabrat yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Anspress-in məlumatına görə, yaylan videoda qəza zamanı yük maşınının sürücüsünün kabinədə sıxıldığı görünür. Hadisə şahidləri isə sükan arxasında sıxılan sürücünü çıxartmağa çalışırlar.
Qeyd edək ki, bu gün Bakının Sabunçu-Zabrat yolunda “Shacman” markalı yük maşını 214 saylı “Daewoo” markalı avtobusla toqquşub. Hadisə Zabratdan şəhərə gələn istiqamətdə ensiz yolda baş verib.
Qəza zamanı 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 3 nəfər ölüb.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza yük maşınının sürücüsünün günahı üzündən olub.
"Avtobusu idarə edən sürücü Bayram şəhər istiqamətinə hərəkət edərkən görüb ki, qarşı tərəfdən iki “Shacman” markalı yük maşını gəlir. Yük maşınları ötüşürmüşlər. Onlar avtobusa yol verməyiblər, nə də sürəti azaltmayıblar. Avtobus sürücüsü nə qədər etsə də, qəza qaçılmaz olub", - deyə Vüqar İbrahimli bildirib.










Qaynar.info