Xəbər lenti

Bakıda dəmir yolu stansiyasında faciə: sürücü yükün altında can verdi
Ölkə06:50 26.09.2018

Bakıda dəmir yolu stansiyasında faciə: sürücü yükün altında can verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qaynarinfo publika.az-a xəbər verir ki, Nərimanov rayonu ərazisində - Keşlə dəmir yolu yük stansiyasında anbardan "Qazel” markalı yük maşınına taxta materiallar yüklənərkən ehtiyatsızlıqdan qəza baş verib. Belə ki, yüklənən ağır materiallar birdən-birə sürüşərək kənarda dayanmış sürücü, 1959-cu il təvəllüdlü Sadıqov Xıdır İdris oğlunun üstünə düşüb.
Xeyli çəkisi olan yükün altında qalan sürücü hadisə yerində vəfat edib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.