Xəbər lenti

Bakıda dicey bıçaqlandı (FOTO)
Ölkə05:47 01.09.2022

Bakıda dicey bıçaqlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Yasamal rayonunda insident zamanı bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.
Belə ki, restoranda dicey kimi fəaliyyət göstərən Elşən Babayevlə müştəri arasında mübahisə baş verib.
Nəticədə E.Babayev bıçaqlanıb.
Yaralı Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisə yerində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.