Xəbər lenti

Bakıda dilənçi əməliyyatı
Ölkə08:09 15.11.2014

Bakıda dilənçi əməliyyatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dilənçiliklə məşğul olan şəxslər müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi, post patrul xidməti bölüyü əməkdaşları tərəfindnə həyata keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində dilənçiliklə məşğul olan 1 qadın, 3 azyaşlını müəyyən edərək barələrində inzibati protokol tərtib olunub.

Həmin şəxslər qeydiyyatda olduqları rayona göndəriliblər.

Qaynar.info