Xəbər lenti

Bakıda dilənçilər bir-birini bıçaqladılar
Ölkə06:54 14.12.2016

Bakıda dilənçilər bir-birini bıçaqladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dilənçilər bir-birini bıçaqlayıblar.

Qaynarinfo.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Qanbay Vəzirov küçəsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Məmmədov Mətləb Vəzir oğlu 24 yaşlı Salmanov Asim Rasim oğlunun çənəsinə bıçaqla zərbə vurub. Xəsarət alan A.Salmanov da bıçaqla M.Məmmədovun kürək nahiyəsinə zərbə vurub. Hər iki şəxs Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti əməkdaşlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Onlar reanimasiya şöbəsində həkim nəzarətindədirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qaynarinfo.Az