
Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv. m olan dönərxananın tavanı yanıb.
Yüksək temperaturdan bitişik tikilən ümumi sahəsi 200 kv. m olan ikimərtəbəli evin plastik pəncərəsi qarsalanıb.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dönərxananın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.