Xəbər lenti

Bakıda dovğanın içindən narkotik çıxdı
Ölkə05:42 28.08.2013

Bakıda dovğanın içindən narkotik çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Avqustun 27-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Zamir Qərib oğlu Yusifova vətəndaş Murad Cəsur oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilərkən 1 (bir) litr həcmində dovğanın içərisində şəffaf sellofan bükülülərdə xalis çəkisi 0,737 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, Zamir Yusifov təcridxanada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılır.

Fakt üzrə araşdırma aparılır.

Qaynar.info