Xəbər lenti

Bakıda dövlət idarəsində qadını niyə döydülər? - OLAY
Ölkə10:02 20.08.2013

Bakıda dövlət idarəsində qadını niyə döydülər? - OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 12.30 radələrində Bakının Yasamal rayonunda (Torpaq Komitəsinin yaxınlığında) bir qadını döyüblər. 

Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi məlumata görə, qadın borcunu almaq üçün "Azəraqrartikinti"yə gedirmiş. Ancaq müəssisənin mühafizəçisi qadını vəhşicəsinə döyüb. 

Hadisə yerində olan adamlar dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək polisə məlumat veriblər. Bildirilir ki, hadisə yerinə gələn iki cavan polis qadına "Yəqin səni nahaq yerə döyməyiblər" deyərək onu günahlandırıblar. 

Olay yerinə toplaşan insanların etirazından sonra isə polislər həmin qadını şikayətçi olduğu "Azəraqrartikiti"nin rəhbəri Elbrus adlı şəxsinin qəbuluna aparıblar. 

Qeyd edək ki, hadisə Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 93. ünvanında baş verib. 

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi ilə əlaqə saxlamaq istəsək də, zənglərimiz cavabsız qaldı. 

Qaynar.info