
Gənc oğlanın sevgilisini öldürməsi ilə bağlı yeni məlumatlar
Bakının Nəsimi rayonu ərazisində polis idarəsində işləyən şəxsin törətdiyi qətlin təfərrüatları məlum olub.
Rayon Prokurorluğundan verilən məlumata görə, Cavadxan küçəsi ev 21, mənzil 54 ünvanında 23 yaşlı Qəhrəman Bədəlov qeyri-rəsmi yaşadığı 33 yaşlı Yeganə Məmmədovanı boğaraq öldürüb. Nəsimi Rayon Prokurorluğundan Milli.Az-a bildirilib ki, öldürülən Yeganə Məmmədova masajçı işləyirmiş.
Qəhrəman Bədəlov da əvəllər onun müştərisi olub. Onun yanında masaj olunan vaxt münasibətləri yaranıb və qeyri-rəsmi yaşamağa başlayıblar.
Dünən qətli törədən Qəhrəman qadının qulağlındakı qızıl sırğanı, cibində olan 350 manat pulu götürərək qaçıb.
Qətlin motivi açıqlanmasa da, cinayətin pul üstündə düşməsi ehtimal olunur.
Nəsimi rayon prokuroru Salman Məmmədlinin Milli.Az-ın qətlin motivi ilə bağlı sualına cavabı belə olub: “Mən jurnalistə telefonla "intervyu" vermirəm, iş müzakirə edirik”.
Qaynar.info