Xəbər lenti

Bakıda əkiz qardaşlardan qəbul imtahanında yüksək nəticə (FOTOLAR)
Ölkə08:20 17.08.2019

Bakıda əkiz qardaşlardan qəbul imtahanında yüksək nəticə (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Ali məktəblərə keçirilən qəbul imtahanlarında Bakıda yaşayan 1 ailənin 2 övladı uğur qazanıb.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, Əhmədli qəsəbəsində yerləşən 245 №-li tam orta məktəbdə təhsil almış əkiz qardaşlar qəbul imtahanlarında yaxşı nəticə göstəriblər.
Belə ki, Əhmədovlar ailəsinin əkiz övladı – Ayxan və Orxan qardaşları qəbul imtahanlarından uğurla keçiblər. Ayxan Dadaş oğlu Əhmədov 626 bal toplayıb. Orxan Dadaş oğlu Əhmədov isə 631 bal toplayıb.
Hər iki qardaş Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.