Xəbər lenti

Bakıda əməliyyat - 17 nəfər saxlanıldı
Ölkə09:18 20.02.2017

Bakıda əməliyyat - 17 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Qaynarinfo.Az-a verilən məlumata görə, fevralın 18-də Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 6 nəfər saxlanılaraq barələrində protokol tərtib edilib.

Fevralın 19-da isə paytaxtın Nərimanov, Yasamal və Səbail rayonları ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.

Qaynarinfo.Az