Xəbər lenti

Bakıda ər arvadını baltaladı
Ölkə07:04 27.07.2013

Bakıda ər arvadını baltaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ər həyat yoldaşını baltalayıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, Y.Qasımov küçəsi, ev 12-də qeydə alınıb. Orada kirayədə yaşayan, Beyləqan rayon sakini, 1983-cü il təvəllüdlü Kamranov Seyran Əliyar oğlu ailə münaqişəsi zəminində arvadı, 1991-ci il təvəllüdlü İranəyə balta ilə xəsarət yetirib. Baş nahiyəsindən ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən S.Kamranov isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info