Xəbər lenti

Bakıda ər arvadını və baldızını bıçaqladı
Ölkə11:53 28.10.2016

Bakıda ər arvadını və baldızını bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün Sabunçu rayonu, E.Mehdiyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
 
Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Oqtay Təhməzov ailədaxili münasibətlər zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvira Nəsirovanı və həyat yoldaşının bacısı, 1991-ci il təvəllüdlü Eminə Nəsirovanı bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən O.Təhməzov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

Qaynarinfo.Az