Xəbər lenti

Bakıda ər və arvad dəm qazından boğularaq ölüb
Ölkə09:16 10.03.2016

Bakıda ər və arvad dəm qazından boğularaq ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəm qazı daha bir ailə faciəsinə səbəb olub.

Binəqədi Rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə martın 9-da Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri - Xaliq Rüstəmov, arvadı Aynur, qızı Elnarə və oğlu İlkin mənzillərində dəm qazından zəhərləniblər. Nəticədə ər və arvad ölüb, uşaqları Elnarə və İlkin xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info