Xəbər lenti

Bakıda ərini itirən qadın nazirliyi məhkəməyə verdi
Ölkə14:27 02.12.2017

Bakıda ərini itirən qadın nazirliyi məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəfat edən polisin həyat yoldaşı Daxili İşlər Nazirliyini məhkəməyə verib.
Qaynarinfo-nun qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, vətəndaş Güldəstə Bayramova DİN-ə qarşı iddia qaldırıb.
O bildirib ki, polis olan əri 2013-cü il yanvarın 18-də işlədiyi idarədə fiziki və peşə hazırlığı zamanı vəfat edib.
G.Bayramova ərinin işdə ölməsinə əsaslanaraq DİN-dən onun 5 illik əmək haqqısı məbləğində kompensasiya tələb edib. Prosesə Dövlət Sığorta Kommersiya Şirkəti də üçüncü şəxs kimi cəlb edilib.
Lakin 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi qadının iddiasını qeyri-mümkün sayıb. Qərardan apellyasiya şikayəti verilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə dekabrın 6-da davam etdiriləcək.