Xəbər lenti

Bakıda ərinin sözünə baxmayan arvad qanına qəltan edildi
Ölkə06:31 16.07.2014

Bakıda ərinin sözünə baxmayan arvad qanına qəltan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Binəqədi rayonunda 65 yaşlı kişi 47 yaşlı arvadını bıçaqlayıb. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1949-cu il təvəllüdlü Şahlar Məlikov arvadı 1967-ci il təvəllüdlü Mətanət Əliyeva ilə ailə münaqişəsi zəmnində dalaşıb. Mübahisəyə qadının kişinin sözünə baxmaması səbəb olub.

Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən Şahlar Məlikov arvadına bir neçə bıçaq zərbəsi vurub. Daha sonra hadisə yerindən qaçıb.

Ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib. Arvadını qanına qəltan edən kişini isə Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinin əməkdaşları tutub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info