
Bu günlərdə Modern.az-ın əməkdaşı ictimai nəqliyyatda xoşagəlməz mənzərə ilə qarşılaşmışdı. Belə ki, saytın əməkdaşı 88 saylı marşrut üzrə işləyən avtobusun salonuna eşşək şəklinin yapışdırıldığını və rəsmin üzərinə “Təmizliyə riayət elə - riayət etmirsənsə, sən də mənim tayımsan” sözlərinin yazıldığını müşahidə edib.
Avtobusla gedən sərnişinlərin bir çoxu sürücüyə etiraz edərək bunu özləri üçün təhqir hesab etdiklərini deyiblər. Xəbər saytda getdikdən sonra Nəqliyyat Nazirliyi bu məsələ ilə bağlı tədbir görüb.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, buna nəzarət etməli olan nazirliyin departament işçisi öz vəzifəsindən azad olunub.
Qaynar.info

