
Sakinlərin etiraz aksiyası keçirmələrinə səbəb isə 2005-ci ildə ev aldıqları “Fateh-N” MTK şirkətinin rəhbərliyinin binanı yarımçıq qoyaraq ölkədən qaçması olub.
Təxminən 50-yə yaxın bina sakini yaxınlıqdakı yolu bağlayıb, tikinti şirkətinin rəhbərliyində təmsil olunan şəxslərin əraziyə gələrək onlarla görüşməsini tələb edib. Sakinlərdən musavat.com-a verilən məlumata görə, telefonla binanı tikən şirkətin rəhbəri Mahir Kərimovla əlaqə saxlayıblar. Şirkətin rəhbəri əraziyə gəlməkdən imtina edib. Aksiyaya heç bir müdaxilə olmayıb və insidentsiz başa çatıb.
Qaynar.info






