Xəbər lenti

Bakıda ev partladı
Ölkə08:43 12.11.2013

Bakıda ev partladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yaşayış evində partlayış olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon ərazisində  yaşayan 27 yaşlı Gülər  Novruzova evində qaz sobası ilə ehtiyatsız davranarkən yanğına keçən ani partlayış baş verib.

Hadisə nəticəsində dağıntı olmasa da, yanıq xəsarətləri alan G. Novruzova xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qaynar.info