Xəbər lenti

Bakıda ev yandı: Ölən var
Ölkə06:51 26.04.2014

Bakıda ev yandı: Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yaşayış binasında yanğın olub, 25 yaşlı gənc ölüb

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1989-cu il təvəllüdlü Soltanov Sadiq Arazxan oğlunun cəsədi aşkar olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qaynar.info