Xəbər lenti

Bakıda ev yandı: Ölən var - YENİLƏNİB
Ölkə15:20 30.03.2014

Bakıda ev yandı: Ölən var - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Binəqədi rayonunda yanğın baş verib, ölən var. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, sahəsi 40 kv.m olan şəxsi evin taxta konstruksiyalardan ibarət aynabənd və mətbəx yanıb.

Yanğınsöndürənlər evdən bir cəsəd çıxarıblar.

Evin bir hissəsi yanğından mühafizə olunub.

Lent.az-ın məlumatına görə, Binəqədi qəsəbəsi, 2-ci Mədən, 99-cu korpusda fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yanaraq ölən şəxs 1961-ci il təvəllüdlü Şamoxin Vyaçeslav Viktoryeviçdir. Onun tənha yaşadığı və spirtli içki aludəçisi olduğu bildirilir.